2023-cü ilin yanvar-may aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 742 milyon 844,7 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19% çoxdur.
Avtobuslarla bağlı yenilik – Yeni buraxılış kartları veriləcək - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 2 milyon 704 min nəfər (artım 57,2%), dəniz nəqliyyatı ilə 8,6 min nəfər (artım 26,5%), hava nəqliyyatı ilə 966,4 min nəfər (artım 58,3%) daşınıb.
Yanvar-may aylarında avtomobil nəqliyyatı vasitələri ilə 647 milyon 381,7 min sərnişin (artım 19,8%), avtobuslarla 618 milyon 706,3 min sərnişin (artım 21,1%), taksilərlə 28 milyon 675,4 min sərnişin (azalma 2,7%) daşınıb.
5 ay ərzində Bakı Metropolitenində 91 milyon 784 min sərnişinə (artım 12,4%) xidmət göstərilib.(İnterfaks-Azərbaycan)