Bu ilin avqust ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rayonlararası (şəhərlərarası) və şəhərətrafı qatarları ilə 651 min nəfərə yaxın sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.
ADY-dən FED.az-a verilən məlumata görə, marşrutlar üzrə ən böyük artım 41%-lə Bakı-Ağstafa-Bakı marşrutunda qeydə alınıb.
Həmçinin, ADY-nin sərnişindaşıma xidmətlərindən istifadə edən xarici turistlərin sayı keçən illə müqayisədə bu il 38% çox olub.