2023-cü ildə hava nəqliyyatı ilə yük daşınmadan gəlirlər 2 milyard 152 milyon 228,5 min manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2022-ci ilin eyni dövrü ilə ilə müqayisədə 1 milyard 490 milyon 709,4 min manat və ya 40,9% azalıb.
2022-ci ildə isə aviaşirkətlər 3 milyard 642 milyon 937,9 min manat gəlir əldə etmişdi.
Əldə edilmiş gəlirlərin 2 milyard 150 milyon 752,3 min manatı beynəlxalq, 1 milyon 476,2 min manatı isə daxili reyslərin payına düşüb.
Beynəlxalq reyslərdən əldə edilən gəlirlər 1 milyard 491 milyon 258 min manat (40,9%) azalsa da, daxili reyslərdən əldə edilmiş gəlirlər isə 548,6 milyon manat (59,1%) artıb.