2023-cü ildə hava nəqliyyatı ilə sərnişin daşınmadan gəlirlər 1 milyard 473 milyon 613,1 min manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2022-ci ilin eyni dövrü ilə ilə müqayisədə 211 milyon 741,3 min manat və ya 16,8% artıb.
2022-ci ildə isə aviaşirkətlər 1 milyard 261 milyon 871,8 min manat gəlir əldə etmişdi.
Əldə edilmiş gəlirlərin 1 milyard 418 milyon 997,9 min manatı beynəlxalq, 54 milyon 615,2 min manatı isə daxili reyslərin payına düşüb.
Beynəlxalq reyslərdən əldə edilən gəlirlər 219 milyon 493 min manat (18,3%) artsa da, daxili reyslərdən əldə edilmiş gəlirlər isə 7 milyon 751,7 min manat (12,4%) azalıb.