Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-fevral aylarında 106,2 milyon manatlıq məhsul istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 30,7 faiz artı, maşın və avadanlıqların istehsalı 15,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 50,4 faiz azalıb.
2024-сü ilin yanvar-fevral aylarında 574 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 118 ədəd çox minik avtomobili istehsal olunub.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 31,7 faiz azalıb.