2016-cı ilin yanvar-avqust aylarında Azərbaycana sement və klinker idxalı 332,8 min ton təşkil edib ki, bu da 2015-cü ilin analoji dövrünün göstəricisindən 16,4% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, ölkəyə ümumilikdə $14 mln. 663,6 min dəyərində (аzаlma 34,6%) sement və klinker idxal olunub.
Bundan başqa, 8 ay ərzində Azərbaycana $12 mln. 610,4 min dəyərində 40,357 min ton mineral gübrə (azalma 36,7%) idxal olunub.
Hesabat dövründə ölkəyə $105 mln. 69 min dəyərində 174,9 min ton metalyayma məhsulu (azalma 5,8%), $27 mln. 808,4 min dəyərində 64,158 min ton qara metaldan hazırlanan çubuqlar (azalma 68,4%), $13 mln. 907,9 min dəyərində 18 min 232,5 ton qara metaldan hazırlanan günyə (azalma 36%), $363 mln. 957,4 min dəyərində 192,8 min ton qara metaldan hazırlanan boru (azalma 37,8%) idxal edilib.