Dünən Azərbaycana məxsus təyyarə Ermənistanın paytaxtı İrəvanda eniş edib.
Rəsmi Bakı Azərbaycan üzərindən Ermənistana yük daşınmasına - İCAZƏ VERDİ
FED.az xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev feysbuk hesabında paylaşıb.
“Uzun fasilədən sonra bu gün Azərbaycan təyyarəsi İrəvan hava limanına enib”, - deyə o qeyd edib.
Məlumata görə, təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri daşıyıb.