2019-cu ilin ilk 3 ayında ölkəyə 7 978 avtomobil idxal olunub. FED.az xəbər verir ki, idxal olunan avtomobillərin 7 250-si minik avtomobilləri, 44-ü avtobuslar, 643-ü yük avtomobilləri, 41 ədəd xüsusi təyinatlı avtomobillərdir.
Ötən illə müqayisədə, idxal olunan avtomobillərin sayı 2,3 dəfə artıb. Belə ki, ötən ilin eyni rübündə ölkəyə 3 506 avtomobil gətirilmişdi.
Son bir ildə ölkəyə gətirilən minik avtomobillərinin sayı 2,3 dəfə, yük avtomobilləri 2 dəfə, avtobuslar 2,3 dəfə, xüsusi təyinatlı avtomobillərin sayı isə 3,1 dəfə artıb.