166 Yükdaşıma və Logistika şirkəti işğaldan azad olunan torpaqlarımıza yükləri təmannasız daşıyacağını bəyan edib.
Bu barədə FED.az-a şirkətdən bildirilib.
28 sentyabr 2020 – ci il – “Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında atılan uğurlu addımlar nəticəsində işğalçı düşmən təxribatının qarşısı alınmışdır.
Şirkətimiz hərbi təyinatlı texnikaların daşınması ilə dövlətimizin hər zaman yanındadır və Azərbaycan Ordusuna əlindən gələn bütün dəstəyi göstərir. Əminik ki, 30 ildir davam edən ədalətsizliyə ən yaxın zamanda son qoyulacaq. Öz növbəmizdə, 166 Yükdaşıma və Logistika şirkəti olaraq, doğma torpaqlarımıza qayıdan vətəndaşlarımızın yüklərinin təmənnasız olaraq daşınmalırını böyük məmnuniyyətlə həyata keçirəcəyik”, - 166 Yükdaşıma və Logistika şirkətinin baş direktoru Aqil Zeynalov qeyd edib.
Azərbaycan Ordusu işğalçı Ermənistanın təxribatına cavab olaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirir. Milli Ordumuzun genişmiqyaslı əks-hücumu nəticəsində işğal altında olan bir neçə yaşayış məntəqəsi işğaldan azad olunub və bu uğur münasibətilə xalqımızı təbrik edirik! Ordumuza yeni zəfərlər, Vətən uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik! Tanrı Ordumuzu Qorusun! Qələbə Bizimlədir!