Azərbaycan, Rusiya və İran vahid dəmiryol şəbəkəsi inşa etmək niyyətindədir.
Eləcə də bax: Bakı Bəyannaməsi imzalandı - 30 MİLYON TONLUQ HƏDƏF QOYULDU
FED.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivlərinə həsr olunmuş tədbir zamanı deyib.
"Şimal-Cənub beynəlxalq dəhlizinin inkişafı üzrə işçi qrup ölkə rəhbərlərimiz tərəfindən yaradılıb və onun inkişafı üçtərəfli əməkdaşlıq üçün vacibdir. Azərbaycan və Rusiya prezidentlərinin danışıqları zamanı tərəflər Rəşt-Astara, eləcə də Şimal-Cənub dəhlizinin inkişafı məsələlərinin müzakirəsinə hazırlığını ifadə edib", - deyə o bildirib.
O bildirib ki, Rusiya üçtərəfli formatdan məhsuldar əməkdaşlığa hazırdır.
"Biz vahid dəmiryol şəbəkəsinin tikintisini planlaşdırırıq. Bunun tikintisi qərb dəhlizi ilə yük axınını 15 faiz artırmağa imkan verəcək. Həmçinin, logistika xidməti və tarif mexanimzinin yaradılmasını vacib hesab edirik. Bu gün Rusiya, Azərbaycan və İran yüklərin sadələşdirilmiş daşınması barədə razılıq əldə edib. Dəhlizin səmərəli işinin təmin olunması məqsədilə Rusiya yeni inkişaf mexanizmi hazırlayıb. Biz dövlət başçılarımızın tapşırıqlarına əsasən hərəkət etməliyik və üç ay ərazində investisiya və maliyyə mənbələrinin müəyyənləşdirilməsini planlaşdırırıq", - A.Novak deyib. (Trend)