Mövcud epidemioloji vəziyyət ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC İrana uçuşları dayandırır.
Eləcə də bax: Azərbaycan İranla - SƏRHƏDİ BAĞLADI
FED.az "azərtac"a istinadən xəbər verir ki, bu gün axşam “Buta Airways” aviaşirkəti İmam Xomeyni adına hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son “J2-9005” nömrəli reysini yerinə yetirəcək.
Həmçinin “İran Air” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.