Gürcüstanın Rustavi şəhərindən Azərbaycanla sərhədə qədər avtomobil yolu təmir olunacaq.
Gürcüstan mətbuatının yazdığına görə, Rustavi-Qırmızı Körpü yolunun təmirinə 689 min dollar ayrılacaq.
Uzunluğu 35 kilometr olan avtomobil yolunun təmiri Şərq-Qərb sürətli magistralın müasirləşdirilməsi layihəsi çərçivəsində həyata keçiriləcək. Layihə Dünya Bankı tərəfindən maliyyələşdirilir.
Gürcüstan hökuməti paralel olaraq Rustavi-Sadaxlı yolunu təmir etməyi planlaşdırılır. Ermənistanla sərhədə qədər 40 kilometrlik yolun təmirinə təxminən 651 min dollar xərclənəcək.
Layihələndirilmə işlərinin 17 ay davam edəcəyi gözlənilir. Bundan sonra tender elan olunacaq.