2020-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bank xərcləri 1,467 milyon manat təşkil edib.
Eləcə də bax: "Azərbaycan Dəmir Yolları"nın yığılmış zərəri - 2 Milyard Manatı Keçib
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, qurumun maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 7% azdır.
Ötən il ADY-nin bank xərcləri əvvəlki il olduğu kimi onun əməliyyat xərclərinin 0,3% qədər olub.
Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.