Bakıdan Çinin paytaxtı Pekin şəhərinə birbaşa sərnişin aviareysi üzrə uçuşlar müvəqqəti dayandırılır.
FED.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Eləcə də bax: Azərbaycana Çindən gələn turistlər azalacaqmı? – AGENTLİKDƏN AÇIQLAMA
Hava limanından verilən məlumata görə, cədvəl üzrə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Pekin aviareysi üzrə uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra isə martın əvvəlinədək dayandırılacaq.
Qeyd edək ki, ötən gün "China Southern Airlines" şirkəti Quançjou-Bakı-Quançjou aviareysini ləğv edib. Buna səbəb Çində tüğyan edən koronavirus olub.
Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb, ümumilikdə isə ölkə ərazisində təxminən 2,5 min nəfər bu virusa yoluxub.
Apa