2019-cu ildə Azərbaycanda beynəlxalq daşımalarda 40% artım gözlənilir.
FED.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) ın rəis müavini İbrahim Əliyev açıqlaması zamanı bildirib ki, 2018-ci ildə Azərbaycan daşıyıcıları Beynəlxalq daşımalarda 66 489 daşıma yerinə yetiriblər. Bunun müqabilində büdcəyə 2 milyon 243 min dollardan çox vəsait daxil olub. 2018-ci ilin 6 ayında təxminən 30 min dən çox daşıma yerinə yetirilib və büdcəyə 1 milyondan çox vəsait daxil olub.
2019-cu ilin 6 ayı ərzində isə 40 min daşıma yerinə yetirilib. Bunun nəticəsində 1 milyon 320 min dollardan çox vəsait büdcəyə daxil olub.
Azərbaycan beynəlxalq daşımalarda - 40% ARTIM GÖZLƏYİR
16:53
25 İyul 2019