Bu ilin yanvar ayında Azərbaycana Almaniyadan 3 milyon 189 min dollar dəyərində 25 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə Almaniyadan alınan elektromobillər ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 8 ədəd və ya 47,1%, dəyər ifadəsi ilə 1 milyon 620 min ABŞ dolları, və ya 2 dəfə artıb.
Bildirək ki, 2024-cü ilin birinci ayında Azərbaycana Almaniyadan 1 milyon 56 8 min ABŞ dolları dəyərində 17 ədəd elektromobil idxal edilmişdi
Bu dövrdə Almaniaydan idxal edilmiş eletromobillərin orta idxal qiyməti 216 min 828 manata bərabər olub ki, bu da illik 59 min 969 min manat (38,2%) çoxdur.
Ötən ilin eyni dövründə isə idxal edilmiş eletromobillərin orta idxal qiyməti 156 min 859 manat olub.