"Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarında Azərbaycan milli aviasiyasının da rolu böyükdür".
FED.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev Heydər Əliyev Mərkəzində Bakı Şəhər Halqası və Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları 2018” adlı konfransda çıxışı zamanı deyib.
E.Hacıyev uçuş təhlükəsizliyinin təkmilləşdirilməsi və xidmət səviyyəsinin artırılması istiqamətində daim işlər aparıldığını diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda 7 hava limanı fəaliyyət göstərir və onlardan 6-sı beynəlxalq statusludur.