"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İstanbul-Bakı reysi gecikir.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.
Məlumata görə, gecikməyə səbəb İstanbuldakı əlverişsiz hava şəraiti - güclü qardır. Hazırda sərnişinlər terminalın daxilindədir, qida və spirtsiz içki ilə təmin olunacaq.
İstanbul beynəlxalq hava limanının icazəsi olan kimi təyyarə Bakıya yola düşəcək.