Nəqliyyat

AZAL Bakıya gələn sərnişinlərə - MÜRACİƏT EDİB

AZAL  Bakıya gələn sərnişinlərə - MÜRACİƏT EDİB | FED.az
12:21 7 Sentyabr 2019

Gürcüstan hava məkanının məhdudlaşdırılması ilə əlaqədar “J2-224” Tbilisi-Bakı aviareysinin cədvəlinə dəyişiklik edilib.

“Azərbaycan Hava Yolları” QSC-dən FED.az-a bildirilib ki, sentyabrın 8-də aviareys dəyişdirilmiş cədvələ uyğun həyata keçiriləcək. Belə ki, Tbilisidən yoladüşmə 13:00-da, Bakıya eniş isə 14:10-da olacaq. Bakıdan Tbilisiyə olan “J2-223” saylı aviareysin cədvəli isə dəyişməyib.

Eləcə də bax: “Wizzair” Gürcüstandan daha 7 istiqamətə birbaşa uçuşlara - BAŞLAYIR

Bakıdan yoladüşmə 9:30-da, Tbilisidə eniş isə 10:40-da olacaq.

 

Digər xəbərlər