"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2019/2020-ci ilin qış cədvəli çərçivəsində Bakı-Dubay aviareysi üzrə birbaşa uçuşların sayını artırır.
AZAL-dan FED.az-a verilən məlumata görə, hazırda sözügedən aviareys üzrə həftənin hər günü, gündə bir dəfə olaraq uçuşlar həyata keçirilir: "Noyabrın 29-dan etibarən isə gələn ilin yanvar ayınadək uçuşların sayı iki dəfə artırılacaq. Yəni şirkət Bakıdan Dubaya və əks istiqamətə hər gün iki dəfə uçacaq".
Eləcə də bax: AZAL Moskvada keçirilmiş forumda yenidən ən punktual aviaşirkət - SEÇİLİB
Aviaşirkətdən həmçinin bildirilib ki, sözügedən marşrut üzrə uçuşlar "Airbus" tipli təyyarələrlə yerinə yetirilir.