Nəqliyyat

AZAL Ankara və İstanbula uçuşları dayandırır – RƏSMİ AÇIQLAMA

AZAL Ankara və İstanbula uçuşları dayandırır – RƏSMİ AÇIQLAMA | FED.az
18:43 28 Aprel 2021

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycandan Türkiyəyə uçuşları müvəqqəti dayandırır.

FED.az xəbər verir ki, bu barədə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

Onun sözlərində görə, 29 aprel 2021-ci il – 16 may 2021-ci il tarixlərinə olan Bakı-İstanbul-Bakı və 29 aprel 2021-ci il – 13 may 2021-ci il tarixlərinə olan Bakı-Ankara-Bakı reysləri ləğv edilir.

Bununla yanaşı, Bakı-Antalya-Bakı 12 may 2021-ci il tarixli reysi də ləğv olunub.

“Alternativ kimi sözügedən tarixlərə olan aviabiletləri cərimə tətbiq olunmadan istənilən tarixlərə “Türk Hava Yolları”nın biletlərinə dəyişmək olar”.

Digər istiqamətlər üzrə reyslərə dəyişikliklər edilməyib.

trend

Banner
Banner

Digər xəbərlər