Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha iki avtobus marşrutunun fəaliyyətini bərpa edir.
FED.az xəbər verir ki, noyabrın 18-dən başlayaraq hərəkət sxemləri bərpa ediləcək marşrutlar - 4 və 10 nömrəli marşrutlardır.
Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcəkdir.