Brüssel Hava Yollarının 4-6 həftəlik reaktiv yanacaq ehtiyatı qalıb.
“Lufthansa” yanacaq qiymətlərinə görə 20 min uçuşu ləğv edib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Avropada reaktiv yanacaq problemi Brussel Hava Yollarına da mənfi təsir edir.
Bir çox reyslər ləğv olunur, alınan biletlər geri qaytarılır.
“Lufthansa”ya məxsus olan Brüssel Hava Yolları 90 istiqamətə uçuşlar həyata keçirir. Şirkət təxminən 3700 işçisi və 46 təyyarəsi ilə sərnişinlərə xidmət edir.
Qeyd edək ki, Yaxın Şərqdəki münaqişələr və Hörmüz boğazından daşınmaların dayandırılması səbəbindən Avropada neft və təbii qazın qiymətləri artıb. Reaktiv yanacağın qiymətində isə daha çox artım müşahidə olunur.
Avropa İttifaqının neft emalı zavodları reaktiv yanacaq ehtiyacının yalnız 70 faizini qarşılaya bilir. (Azərtac)













