Bakı-Şamaxı-Yevlax yolu sürüşmə zonasından kənarlaşdırılır.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.
Qurum rəhbəri bildirib ki, ümumilikdə yol 1-ci və ikinci texniki dərəcəli yol kimi yenidən qurularaq istifadəyə verilib: "Bu yol artıq ikinci dərəcəli, iki hərəkət zolaqlı yol kimi yenidən qurulub sürücülərin istifadəsinə verilib. Bu yolda cəmi 39 kilometrlik yol qalıb ki, həmin ərazi də əsasən Ağsu aşırımı olmaqla sürüşmə zonasına düşür. Bura sürüşmə zonası olduğu üçün Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq ərazidə geoloji kəşfiyyat işləri aparılır. Məqsəd həmin sürüşmə zonasından yan keçməklə yolu birləşdirməkdir. Artıq həmin 39 kilometri çıxmaqla, Bakıdan Yevlaxa qədər olan yol tam yenidən qurularaq istifadəyə verilib. Yol Bakıdan Şamaxıya qədər 1-ci texniki dərəcəli, qalan hissəsi isə ikinci texniki dərəcəyə uyğun istifadəyə verilib".