Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirdiyi monitorinqə münasibət bildirib.
Ombudsman aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət edəcək
FED.az xəbər verir ki, AYNA-dan sözügedən monitorinqlə bağlı bildirilib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur:
"Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır". (Oxu.az)