Azərbaycan Dövlət Dəmir Yollarının (ADY) Bakı–Tbilisi–Bakı qatarında uşaqlar üçün gediş haqqı pulsuzdur.
FED.AZ xəbər verir ki, 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə pulsuzdur. 5-10 yaş arası uşaqlar isə səyahət sinifi, alış tarixi və mövsümdən asılı olaraq 50%-dək endirimlə səfər edə bilərlər.
Əsas qaydalar:
- 5 yaşadək bir uşaq üçün nəzərdə tutulan pulsuz bilet mütləq şəkildə rəsmiləşdirilməlidir.
- Uşaqla səyahət etibarlılıq müddəti olan pasportun əsasında aparılır. Uşaq 1 valideynlə səyahət edirsə, digər valideynin və ya digər böyüklə (valideynsiz) səyahət edirsə, hər 2 valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi təqdim olunmalıdır.













