Nəqliyyat

“ADY Konteyner” şirkəti “Rail Cargo Macarıstan”la - ƏMƏKDAŞLIĞA BAŞLAYIR

“ADY Konteyner” şirkəti “Rail Cargo Macarıstan”la - ƏMƏKDAŞLIĞA BAŞLAYIR | FED.az
10:19 17 Fev 2020

“ADY Konteyner” şirkəti Avropadakı əlaqələrini genişləndirir. Şirkətin nümayəndəsi Rəşad Məcidov “Rail Cargo Macarıstan” şirkətinin direktoru Marta Gabor və həmin şirkətin Cənub-Şərqi Avropa üzrə təmsilçisi Daniel Dejo ilə görüşüb.

Eləcə də bax: Konteyner daşımaları - REKORD DƏRƏCƏDƏ ARTIB

FED.az xəbər verir ki, görüşdə Mərkəzi və Şərqi Avropa ilə Azərbaycan və Mərkəzi Asiya arasında konteynerlə yükdaşımaların birgə təşkil olunması məsələləri müzakirə olunub.

Görüş zamanı tərəflər digər məsələlərlə yanaşı potensial yük bazasının müəyyən olunması, yüklər haqqında statistik məlumatlatın toplanaraq mübadilə edilməsi, tərəfdaşlığın hüquqi basasının yaradılması istiqamətində birgə tədbirləri müzakirə ediblər. Müqabil tərəf Azərbaycanın və Azərbaycan ərazisindən tranzit olaraq Orta Asiya regionunun “Rail Cargo Macarıstan” şirkəti üçün vacib region olduğunu vurğulayıb.

Görüşdə həmçinin Macarıstan Dəmir Yolu Assosiasiyasının direktoru Hodosi Lacos da iştirak etmişdir.

Digər xəbərlər