ADY Express” MMC müştəri məmnunluğunun artırılması istiqamətində növbəti addım atıb.
FED.az xəbər verir ki, MMC-dən bildirilib ki, “ADY Express” ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq etməyə başlayıb. Belə ki, KOBİA-nın struktur bölməsi olan Xaçmaz və Yevlax KOB evlərində, “ADY Express”in nümayəndəlikləri fəaliyyətə başlayıb.
Regionlarda fəaliyyət göstərən sahibkarlar subyektləri, artıq Xaçmaz və Yevlax KOB evlərinə yaxınlaşaraq, “ADY Express”in nümayəndələri ilə görüşüb, təmaslar yarada bilərlər. Yükdaşımalara dair sifarişləri yerində verərək, şirkətin göstərdiyi xidmətlərdən yararlanmaq mümkündür.
Biznes subyektləri üçün operativlik, nəzakətlilik, şəffaflıq və rahatlıq prinsiplərini tətbiq edən “ADY Express”, KOB Evlərində nümayəndəliklər açaraq müasir innovasiyalara əsaslanan biznes xidmətlərinin çeşidini və keyfiyyətini çoxaltmış olur. Bununla da, “ADY Express” sahibkarlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi, müştərilərin məmnunluğunu artırmağa çalışır.