Bu ilin ikinci rübünə olan məlumata əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin xəttilə 4 milyon 767.3 min ton yük daşınıb.
Eləcə də bax: Azərbaycanda təyyarə ilə yükdaşımalardan gəlir 2 mlrd. manata çatıb – QİYMƏTLƏR ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə ADY-nin hesabatında bildirilir.
Yükdaşımaların 1 milyon 711.3 min tonu və ya 35.9%-i beynəlxalq daşımaların (idxal – ixrac), 2 milyon 252.4 min tonu və ya 47.2%-i tranzit daşımaların, 803.6 min tonu və ya 16.9%-i daxili daşımaların payına düşür.
Hesabat dövründə istifadə edilmiş konteynerlərin sayı 15 min 478 təşkil edib.