"Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmir yolu xəttinin bir hissəsi olan Fatmayi, Goradil və Novxanı stansiyalarını Novruz bayramına qədər istifadəyə verməyi planlaşdırır.
Eləcə də bax: Abşeron dairəvi dəmir yolunun açılacağı vaxt - MƏLUM OLDU
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun sədr müavini Zaman Novruzov bildirib.
Onun sözlərinə görə, bu stansiyalar istifadəyə verildikdən sonra ümumi uzunluğu 91 km olan Abşeron dairəvi dəmir yolu xətti tam fəaliyyət göstərəcək.
Report