“Redfin” daşınmaz əmlak agentliyinin məlumatına əsasən bir “yürüş məsafəsi xalı” ABŞ-dakı evlərin qiymətini orta hesabla təxminən 3250 dollara və ya 0.9%-ə qədər bahalaşdıra bilir.
Ev alıb satarkən bu cür “yürüş imkanının (walkability)” neçəyə başa gəldiyini “Redfin” agentliyi qiymətləndirməyə çalışmışdır. Bunun üçün sözügedən agentlik bir “piyada yürüş məsafəsi xalı (ing. « Walk Score point»)”nın orta qiymətini müəyyən etməkdən ötrü 14 böyük şəhər və şəhərətrafı ərazilərdə 2014-cü ilin yanvarından 2016-cı ilin aprelinədək satılan bir milyondan çox evin satış qiymətlərini və “piyada yürüş xalı reytinqləri”ni nəzərdən keçirmişdi.
“Walk Score” adlanan “piyada yürüş məsafəsi xalı” məkanın 0-dan 100-ə qədər yüzballıq şkala ilə təyin edilən “piyada yürüş” imkanını ölçür. O cümlədən bu “xal” piyadaların ayaqla asan və tez çata biləcəyi neçə restoran və baqqal dükanı kimi ictimai abadlıq obyektlərinin olduğunu da əks etdirir.
“Xallar” region və qiymətdən asılı olaraq dəyişir. Təhlilə daxil edilən 14 böyük şəhər və şəhərətrafı ərazilərdən birinin, yəni Atlantadakının dəyəri onun orta satış qiymətinin faizi kimidir. Həmin ərazidə bir “piyada yürüş xalı” orta hesabla təxminən 2838 dollar və ya 1.69%-dir. Kaliforniyanın Orange County vilayətində bir “piyada yürüş məsafəsi xalı” evin dəyərinə 114 dollar və ya 0.02% əlavə edir.
“Redfin”in top beşlikdə yer alan faiz reytinqində qiymətləndirilən evlər kimi müəyyənləşdirdiyi dəbdəbəli lüks evlər bazarında isə vəziyyət belədir: “piyada yürüş” faizləri aşağı olmaq tendensiyasına malikdir. Habelə, bir “piyada yürüş məsafəsi xalı” dəbdəbəli lüks evin qiymətini təxminən 6800 dollara və ya 0.55%-dək artıra bilər, bu isə bütün bazarın “piyada yürüş məsafəsi xalı”nın dəyərinin təxminən yarısı deməkdir.
İki böyük şəhər və şəhərətrafı ərazi bu trendin aşağı faiz reytinqində yer alırlar. Yəni Baltimorda bir “piyada yürüş məsafəsi xalı” dəbdəbəli evin qiymətinə 0.28% dəyər qatır, eyni zamanda eyni dəyəri orta evin qiymətinə də qatır. Orange County vilayətində isə dəbdəbəli evin dəyərini 0.3% və ya 451 dollaradək (1.7 milyon dollarlıq evin orta satış qiymətinin çox kiçik bir hissəsini) azaldır.
“Biz çox vaxt “piyada yürüş imkanı” anlayışını ümumi mənada başa düşürük, lakin digər hər şey kimi daşınmaz əmlak bazarında da evlərin qiyməti yerləşmə yerindən və onların yaxınlıq məsafəsindən asılı olaraq dəyişir" deyə “Redfin” agentliyinin baş iqtisadçısı Nela Riçardson bildirmişdir.
Mənbə: www.worldpropertyjournal.com