Azərbaycanın beynəlxalq daşımalarda iştirak edən sürücülərin sayı azdır.
Sərnişin və yük daşımalarına görə icazənin alınması üçün tələb olunan sənədlər müəyyənləşir - SİYAHI
FED.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun yarım illik hesabatına həsr edilmiş tədbirdə bildirib.
K. Qurbanov qeyd edib ki, sürücü sayının artırılması üçün maarifləndirici tədbirlər həyata keçirilir.
"ABADA sürücülər üçün təlimlər keçirir. Təlim zamanı onlara beynəlxalq sertifikatlar verilir ki, bunun hesabına sürücülər dünyanın 80 ölkəsində işləyə bilərlər. İndiyədək 1 137 sürücüyə beynəlxalq sertifikat verilib". (Report)