Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Yasamal rayonunun “Qanlı göl” adlanan hissəsinin qərbindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinə qədər yeni yol inşa edib.
Bu barədə FED.az-a AAYDA-dan bildirilib.
Məlumata görə, MİDA-nın sifarişi əsasında inşa olunan 2 hərəkət zolaqlı yeni yolun uzunluğu 1 250 metr, eni isə 9 metr təşkil edir.