Metronun “8 Noyabr” stansiyasının yaxınlığında yeni piyada işıqforları quraşdırılıb.
FED.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, həm yaxınlıqda yaşayan sakinlər, həm də metrodan istifadə edən sərnişinlər piyada qismində artıq bu yoldan daha rahat şəkildə keçirlər.
"Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması istiqamətində işləri davam etdirir.
Bu məqsədlə Mərkəz tərəfindən Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, metronun “8 Noyabr” stansiyasının yaxınlığında yeni piyada işıqforları quraşdırılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yola piyada zolağı çəkilib. Bununla da yoldan istifadə edən piyadaların rahat gediş-gəlişi təmin olunub",- deyə qurumdan əlavə edilib.