Oktyabrın 29-dan 38 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobusların bir qismi yenilənir.
Bakı Nəqliyyat Agentliyindən FED.az-a bildirilib ki, xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni “Isuzu Citibus” markalı avtobus gətirilib.
Eləcə də bax: Paytaxta 300 yeni avtobusun gətirilməsi işləri noyabrda - YEKUNLAŞACAQ
“Avro 5” standartlarına cavab verən bu avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir.
Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.