Bu gündən xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında ictimai nəqliyyatın fəaliyyətinə ikigünlük məhdudiyyət tətbiq edilir.
Eləcə də bax: Bakı-Sumqayıt qatarı - İKİ GÜN İŞLƏMƏYƏCƏK
FED.az xəbər verir ki, ictimai nəqliyyatın hərəkəti 27 iyul saat 06:00-dək tam dayandırılacaq.
Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti 4 iyul saat 00:00-dan 5 avqust saat 06:00-dək dayandırılıb.