2022-ci ilin əvvəlindən Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportunda 4,04 milyon sərnişinə xidmət göstərilib.
«Buta Airways» əlavə yükün qiymətini - KƏSKİN BAHALAŞDIRDI – YENİ QİYMƏT
Bu barədə FED.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, göstərilən müddət ərzində ölkənin hava limanlarında beş milyona yaxın sərnişinə xidmət göstərilib.
Cari ilin noyabr ayında Bakı hava limanının xidmətlərindən 375 min nəfər istifadə edib ki, onlardan da 324 mini beynəlxalq reyslərin sərnişinləridir.
Azərbaycanın milli aviadaşıyıcısı “AZAL” sərnişin aviaşirkəti və “Buta Airways” aşağıbüdcəli sərnişin aviaşirkəti tərəfindən noyabr ayında beynəlxalq istiqamətlərdə müvafiq olaraq 91 min və 45 min sərnişinə xidmət göstərilib. Qeyd edilən aviaşirkətlərin beynəlxalq daşımaların ümumi sayında payı müvafiq olaraq 28% və 14% təşkil edib.
2022-ci ilin noyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 28 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin, AZAL və Buta Airways ilə yanaşı, Turkish Airlines, Aeroflot, Utair, FlyDubai və Azimuth aviaşirkətləri tərəfindən daşınıb.
Ötən ay Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Dubay, Tbilisi, Əbu-Dabi, Şarca, Daşkənd, Mineralnıye Vodı, Ciddə və Ankara daxil olmuşdur. Ümumilikdə bu istiqamətlər üzrə 225 min nəfərə xidmət göstərilib.