Bu gündən etibarən Naxçıvan Muxtar Respublikasında sürücülər və piyadalar cərimələri POS-terminallar vasitəsilə ödəyə bilərlər.
"MilliKart" MMC-dən FED.az-a verilən məlumata görə, "Naxçıvanbank" ASC, "MilliKart" və Naxçıvan MR DIN Dövlət Yol Polisi İdarəsinin birgə həyata keçirdiyi layihə çərçivəsində, sürücülər Dövlət Yol Polisi (DYP) üzrə cərimələrin ödənişi DYP-yə məxsus avtomobillərdə quraşdırılan POS-terminallar vasitəsilə həyata keçirəcəklər.
Qeyd olunan xidmət çərçivəsində ödənişlər faktiki cərimələr üzrə deyil, eyni zamanda yol hərəkəti iştirakçısının adına qeydiyyatdan keçmiş bütün qanun pozuntuları üzrə həyata keçirilə bilər. Bunun üçün DYP müfəttişi tərəfindən POS-terminalda protokolun identifikasiya etməsi və cihazın ekranında avtomatik əks olunan qanun pozuntusunun ödənişini yol hərəkəti iştirakçısı tərəfindən təqdim edilən istənilən bankın kartı ilə qəbul etməsi kifayətdir.
"Naxçıvanbank" ASC "MilliKart" MMC ilə birgə daimi olaraq bazar iştirakçıları üçün yeni xidmət növlərini təqdim etməklə yanaşı, ölkədə maliyyə xidmətlərindən əlverişli şərtlərlə istifadə imkanı yaradır, eyni zamanda ölkənin ödəniş ekosisteminin inkişafına öz müsbət təsirini göstərir.
Sürücülər cərimələri POS-terminalla ödəyəcəklər - YENİ LAYİHƏ
20:21
21 Sen 2018