"Shazeli Group" MMC-yə ticarət qaydaları əleyhinə olan ( Qiymət intizamının pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddələri ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə görə qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Xətai Rayon məhkəməsində hakim Fuad Axundov təyin edilib.