İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi “RİF Office Furniture” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr – vergi məsələləri üzrə qaldırılıb.
İşə Bakı İnzibati Məhkəməsində hakim Bəhlul Cəlalov hakim təyin edilib.
Şirkətin 11.04.2023 tarixinə əsasən vergi borcu 92 619.90 manatdır.