Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsi bir neçə şirkəti məhkəməyə verib.
Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsi bir neçə şirkəti - MƏHKƏMƏYƏ VERİB
FED.az xəbər verir ki, məhkəməyə verilən şirkətlər "Azəri Şərab Şirkəti" MMC, "AzTrans Car" MMC, "S.Steel Company" MMC, "Arktika Plus" MMC-dir.
İddialar inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrə qaldırılıb
Bütün işlərə Bakı İnzibati Məhkəməsində baxılır. İddialar müvafiq olaraq Bəhlul Cəlalovun, Səlma Salahovanın, Aygün Əhədovanın və Bəhlul Cəlalovun icraatındadır.