"Zeytun Pharmaceuticals" MMC-yə ticarət qaydaları əleyhinə olan (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İ 452.3-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə görə aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500-700 manatadək məbləğdə, hüquqi şəxslər 1000-2000 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Nəsimi Rayon məhkəməsində Azər Tağıyevin icraatındadır.