“Zəfər MTK” MMC-yə ətraf mühitin mhafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan ( Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinə görə yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər 1000 manat miqdarında, vəzifəli şəxslər 5 min manat miqdarında, hüquqi şəxslər 15 min manat miqdarında cərimə edilir.
İş Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun icraatındadır.