“Al Market” MMC-yə ətraf mühitin mhafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan ( Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 500 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.
İş Neftçala Rayon Məhkəməsində hakim Samir Quliyevin icraatındadır.
Qeyd edək ki, "Al Market" barəsində daha öncə həmin məcəllənin 485.2-ci və 518.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilib.