"Savalan Group" MMC “Optimal Elektronika” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İcraatda olan işə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.