"Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi” MMC informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta üzrə cərimə oluna bilər.
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli potokol sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranov təyin edilib.