"Narçın Transport” MMC barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürova təyin edilib.
Qeyd edək ki, "Narçın Transport” MMC nəqliyyat sektorunda yüklərin daşınmasının təşkili və gömrük rəsmiləşdirilməsində lazımı sənədləri tərtib edilməsi ilə məşğul olur.