"Paşa Bank" ASC "Kaspi 2017" MMC-ni və "Uniproc" MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, hər iki iddia müqavilələrdən (kredit) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşlərə Bakı Kommersiya Məhkəməsində baxılır. İddialar müvafiq olaraq hakim Aytən Əliyeva və Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.