"Paşa Bank" ASC "CEO Media"nı və "Altın Yıldız" MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, hər iki iddia müqavilələrdən (kredit) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşlərə Şəki Kommersiya Məhkəməsində baxılır. İddialar müvafiq olaraq hakim Rüfət Məcidovun və Mübariz Hüseynovun sədrliyi ilə araşdırılacaq.