"Grand-Mart" MMC-yə gömrük qaydaları əleyhinə olan (mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İşə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbova təyin edilib.
"Grand-Mart" MMC daha öncə də həmin məcəllənin 447.0.1-ci maddəsi ilə məhkəməyə verilmişdi
Əlavə məlumat üçün qeyd edək ki, "Grand-Mart" MMC 01.08.2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizmanamə kapitalı 12 019 700 manatdır. Qanuni təmsilçisi Ramil Məmmədov Əşrəfov oğludur. Hüquqi ünvanı Az1040, Baki Şəhəri Sabunçu Rayonu, Bakixanov Ştq, Bəşir Bünyadov (Bakixanov Qəs.), -də yerləşir.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.